Macarıstanın baş naziri Kiyevə səfərini şərh edibbackend

Macarıstanın baş naziri Kiyevə səfərini şərh edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Macarıstanın baş naziri Viktor Orban bildirib ki, Budapeşt Ukrayna münaqişəsini davam etdirməyə can atmır və onun həlli üçün fəal işləyir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Ukraynanın “Strana” nəşrinin Telegram kanalı məlumat yayıb.

Orban Kiyevə səfərini şərh edərək qeyd edib ki, ictimaiyyətin reaksiyası adətən proqnozlaşdırıla bilər: alqışlar, Ukrayna ilə həmrəylik bəyanatları və mübarizəni davam etdirməyə çağırışlar. Lakin onun sözlərinə görə, Macarıstanın mövqeyi fərqlidir.

“Biz bu müharibəni özümüz hesab etmirik. Bizim marağımız münaqişənin davam etdirilməsində deyil, sülhün əldə olunmasındadır”, – deyə o vurğulayıb.