Macarıstanın baş naziri Orban prezident Ərdoğanı təbrik etdibackend

Macarıstanın baş naziri Orban prezident Ərdoğanı təbrik etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Macarıstanın Baş naziri Viktor Orban prezident Rəcəb Tayyib Ərdoğana telefonla zəng edərək onu prezident və 28-ci dönəm millət vəkili seçkilərində qazandığı uğurlar münasibətilə təbrik edib.

NOCOMMENT.az xəbər verir ki, Orban prezident Ərdoğanla telefon danışığı ilə bağlı rəsmi “Twitter” hesabından açıqlama verib.

“İndicə prezident Rəcəb Tayyib Ərdoğana zəng edərək, prezident seçkilərinin ilk turunda əldə etdiyi möhtəşəm qələbə və AK Partiyanın son parlament seçkilərində əldə etdiyi fövqəladə və danılmaz qələbə münasibətilə təbrik etdim.”

“İkinci turda uğurlar, prezident! Güclü və sabit Türkiyə Macarıstana, Avropaya və dünya üçün xeyirlidir” deyə Orban qeyd edib.

NOCOMMENT.AZ