Macarıstanın yeni prezidenti seçilibbackend

Macarıstanın yeni prezidenti seçilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tamaş Şuyok Macarıstanın yeni Prezidenti seçilib.

NOCOMMENT.az xəbər verir ki, 67 yaşlı Şuyokun namizədliyini parlamentdəki 199 yerdən 135-ni tutan hakim partiyalar irəli sürüb.

Xatırladaq ki, parlamentin yaz sessiyasının ilk iclasında deputatlar Katalin Novakın istefaya getməsi ilə bağlı bəyanatı yekdilliklə təsdiqləyib. Keçmiş Prezident istefasını fevralın 10-da pedofiliya cinayətində iştirak edən şəxsin əfv olunması ilə bağlı qalmaqal fonunda elan edib.

Katalin Novak, bağışlanmaz səhv etdiyini bildirib və vəzifəsindən getmək qərarına gəlib. Baş nazir Viktor Orban ona gördüyü işlərə görə təşəkkür edib. Macarıstan parlamenti İsveçin NATO-ya daxil olması haqqında sazişi də ratifikasiya edib. Bununla da Macarıstan İsveçin müraciətini təsdiqləyən sonuncu NATO ölkəsi olub.