Macarıstanın yeni prezidentinin ANDİÇMƏ MƏRASİMİbackend

Macarıstanın yeni prezidentinin ANDİÇMƏ MƏRASİMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Macarıstanın yeni prezidentinin inaqurasiya mərasimi keçirilib. Ölkənin keçmiş Konstitusiya Məhkəməsinin sədri Tamaş Sulyok paytaxt Budapeştdə prezident sarayının qarşısında and içib.

NOCOMMENT.az xəbər verir ki, Sulyok, əvvəlki prezident Katalin Novak fevralda istefa verdikdən sonra baş nazir Viktor Orbanın hakim Fides partiyası tərəfindən prezidentliyə namizəd göstərilib. O, açılış nitqində bu vəzifəyə hazırlaşmadığını bildirib:

“Macarlar da avropalıdırlar. Təkcə coğrafi deyil, həm də mənəvi cəhətdən. Amma biz bununla birləşmirik, qaynaşırıq. İki anlayış eyni şeyi ifadə etmir. Biz macarlar öz unikallığımızı əlavə etməklə Avropanın taleyi ilə birləşmişik. Və nə qədər ki, macarlar kimi bunu edə bilsək, qitəni gücləndirə bilərik”.

Xatırladaq ki, Tamaş Sulyok parlamentdə çıxışı zamanı da prezidentliyə seçiləcəyi təqdirdə, ölkə siyasətindən uzaq durmağa çalışacağını deyib.