Macarıstanlı axtarış-xilasetmə işçisi göz yaşlarını saxlaya bilmədibackend

Macarıstanlı axtarış-xilasetmə işçisi göz yaşlarını saxlaya bilmədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə baş verən zəlzələlərdən sonra dünyanın bir çox yerindən axtarış-xilasetmə qrupları dəstəyə gəldiyi bir vaxtda macar zabit xilasetmədən sonra verdiyi açıqlamada göz yaşlarını saxlaya bilməyib.

NOCOMMENT.az xəbər verir ki, dünyanın müxtəlif fəlakət bölgələrində 50 beynəlxalq əməliyyatda iştirak edən Macarıstanın fövqəladə hallar üzrə direktoru Laszlo Pavelcze kiçik qızı xilas etdikdən sonra verdiyi açıqlamada göz yaşlarını saxlaya bilməyib.

Pavelcze “Dağıntılar altında qalanları xilas etmək üçün gecə-gündüz çalışırıq. Burada 6 nəfər xilas olunmağı gözləyir. 2 nəfəri dağıntılar altından sağ çıxara bildik. Dağıntılar altından çıxartdığımız 1,5 yaşlı balaca qızcığazın sağ olmasına sevindik. 50-dən çox fəlakət görmüşəm, adətən deyirlər ki, emosional olmursan” deyərək göz yaşlarını saxlaya bilmədi.