“MacCoffee” içənlər TƏHLÜKƏDƏDİR – Görün nə aşkar edildibackend

“MacCoffee” içənlər TƏHLÜKƏDƏDİR – Görün nə aşkar edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstanın Şımkent şəhərində yerli sakinlərdən birinin qarajında saxta MacCoffee 3-ü 1-də məhsullarının istehsalı aşkar edilib.

NOCOMMENT.az KONKRET.az-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Ədliyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, istehsalda ucuz və keyfiyyətsiz xammaldan istifadə olunub, sexdə sanitar-gigiyenik normalar kobud şəkildə pozulub. Məhsullar isə başqa brendin ticarət nişanı ilə qablaşdırılıb.

Araşdırma zamanı 4000-dən çox saxta MacCoffee qablaşdırması, eləcə də qablaşdırma və termiki bağlama avadanlığı, “hazır içki” üçün nəzərdə tutulmuş müxtəlif tara vasitələri aşkar edilib.

Məlumata görə, gizli sexin təşkilatçısını inzibati məsuliyyət gözləyir, fakt üzrə materiallar məhkəməyə göndərilib.

Qeyd edək ki, hazırda qlobal qəhvə bazarında qiymət dalğalanmaları müşahidə olunur. Braziliyadan idxala tətbiq edilən 40 faizlik rüsumun ləğvindən sonra qiymətlər aşağı düşüb, robusta qəhvəsi isə 5–8 faiz ucuzlaşıb. Lakin qiymətlərin azalması belə, istehlakçıların sağlamlıq üçün təhlükə yarada bilən şübhəli “qaraj istehsalı” məhsullara yönəlməsi üçün əsas sayılmır.