Madaqaskarda hərbçilər hakimiyyəti əla aldıqlarını bəyan edibbackend

Madaqaskarda hərbçilər hakimiyyəti əla aldıqlarını bəyan edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Etirazlar fonunda ölkəni tərk edən Madaqaskar Prezidenti Andri Radzuelinaya parlament tərəfindən impiçment elan edildikdən sonra hərbçilər hakimiyyəti ələ aldıqlarını bəyan ediblər.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, Radzuelina gecə saatlarında sosial mediada yayımlanan nitqində hərbi üsyandan sonra həyatına təhlükə səbəbindən ölkəni tərk etdiyin açıqlayıb, lakin istefa verdiyini bildirməyib.

“Reuters“ agentliyin məlumatına görə, Radzuelina keçmiş Fransız koloniyası olan adanı Fransa hərbi təyyarəsi ilə tərk edib və bu, Fransa Prezidenti Emmanuel Makronla razılaşdırıb.

Qeyd edək ki, Madaqaskarda etirazlar su və elektrik qıtlığı səbəbindən başlayıb. BMT-nin məlumatına görə, 25 sentyabrdan etibarən etirazlılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalarda azı 22 nəfər həlak olub.

Etirazlar ötən şənbə günü dönmə nöqtəsinə çatıb, elitar hərbi dəstə etirazlara qoşularaq prezident və digər nazirlərin istefasını tələb edib. Bu, Radzuelinanı ölkədə qanunsuz hakimiyyət ələ keçirmə cəhdinin olduğunu deməyə və ölkəni tərk etməyə vadar edib.