İranda ali dini lider Ayətullah Əli Xamenei ABŞ-yə qarşı sərt bəyanatla çıxış edib.
NOCOMMENT.az xəbər verir ki, onun sözlərinə görə, İran heç bir təzyiq qarşısında geri çəkilməyəcək.
“Biz düşmən qarşısında geri addım atmayacağıq. Düşməni diz çökdürəcəyik”, – deyə Xamenei bildirib.
Çıxış zamanı İran liderinin tərəfdarları kütləvi şəkildə ABŞ, Böyük Britaniya və İsrail əleyhinə şüarlar səsləndiriblər. Meydanda “Amerikaya ölüm!”, “Britaniyaya ölüm!”, “İsrailə ölüm!” çağırışları eşidilib.
Bəyanat ABŞ-nin Venesuelaya hərbi müdaxiləsi və Yaxın Şərqdə artan gərginlik fonunda səsləndirilib.
Analitiklər hesab edirlər ki, bu cür açıqlamalar Vaşinqton–Tehran münasibətlərində gərginliyin daha da dərinləşdiyini və qarşıdurmanın açıq mərhələyə keçmək üzrə olduğunu göstərir.













