Maduro: “ABŞ Qayanada gizli hərbi bazalar yaradıb”backend

Maduro: “ABŞ Qayanada gizli hərbi bazalar yaradıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bolivar Respublikasının Qayana ilə mübahisə etdiyi Essequibo bölgəsində Amerika ordusunun gizli bazaları və “CIA” hücrələri var.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Venesuela prezidenti Nikolas Maduro “Venezolana de Televisión” telekanalının canlı efirində bildirib.

Biz Qayana-Essekibo ərazisində ABŞ-nin Cənub Komandanlığının məxfi hərbi bazalarının və “CİA” obyektlərinin olması barədə məlumatları təsdiqləmişik”, – Maduro qeyd edib.

Venesuela prezidentinin sözlərinə görə, amerikalıların yerləşdirilməsinin əsas məqsədi sonradan resursların ələ keçirilməsi ilə respublikanın cənub və şərqinə hücumlar hazırlamaqdır.

O qeyd edib ki, mübahisəli bölgə və Qayana hazırda Cənub Komandanlığı, Mərkəzi Kəşfiyyat İdarəsi, həmçinin Venesuela resurslarını ələ keçirmək istəyən Amerikanın “ExxonMobil” neft şirkəti tərəfindən idarə olunur.