Maduro mitinqdə ona qarşı sui-qəsd təşkil olunduğunu bildiribbackend

Maduro mitinqdə ona qarşı sui-qəsd təşkil olunduğunu bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Venesuela prezidenti Nikolas Maduro ştatın paytaxtı Karakasda keçirilən yürüşdə ona qarşı sui-qəsdin qarşısının alındığını bildirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Bu ay artıq iki venesuelalı dövlət başçısına sui-qəsd hazırlamaqda şübhəli bilinərək saxlanılıb. 2024-cü ilin yanvarında 32 müxalifət üzvü ABŞ-ın köməyi ilə Maduroya qarşı sui-qəsd təşkil etməkdə ittiham edilərək həbs edilib.

Xatırladaq ki, Maduro 2013-cü ildən Venesuelanın prezidentidir. 2013-cü il aprelin 14-də keçirilən seçkilərdə Nikolas Maduro Henrike Kaprilesə 1,5% səs çoxluğu ilə qalib gəlib. Venesuela Dövlət Seçki Komissiyasının məlumatına görə, seçicilərin 50,76%-i Nikolas Maduroya səs verib, onun rəqibi Enrike Kaprilesə isə seçkiyə gedən vətəndaşların 49,07%-i dəstək verib. Lakin Henrike Kapriles seçkinin nəticələrini tanımayıb.

2018-ci il mayın 20-də Nikolas Maduro demək olar ki, 6,2 milyon səs (67,8%) toplayaraq 2019-2025-ci illər üçün yenidən Venesuelanın başçısı seçilib.