Venesuela prezidenti Nikolas Maduro BRİKS sammitində Rusiya prezidenti Vladimir Putinlə Kazanda görüşməkdən məmnun olduğunu bildirib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Maduro VQTRK jurnalisti Pavel Zarubinə bildirib.
“Bu, inanılmaz görüş idi, çünki əməkdaşlıq üçün güclü yol xəritəmiz var. Biz təsdiq etdik ki, Rusiya ilə Venesuela arasında dostluqdan əlavə, güclü müttəfiqlik var”, – Maduro bildirib.
Maduronun sözlərinə görə, BRİKS birliyi artıq böyük qlobal dəyişikliklərin episentrinə çevrilib.