Maduro: Tramp-Harris debatı Amerika elitasının tənəzzül etdiyini göstərirbackend

Maduro: Tramp-Harris debatı Amerika elitasının tənəzzül etdiyini göstərir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidentliyinə namizədlər Donald Tramp və Kamala Harris arasında teledebat Amerika elitasının tənəzzülünü nümayiş etdirdi.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri Venesuela rəhbəri Nikolas Maduro “Venezolana de Televisión” telekanalının yayımladığı Karakasda keçirilən Ümumdünya Antifaşist Konqresində çıxışı zamanı deyib.

“Müzakirələr Amerika elitasının siyasi, psixoloji və mənəvi vəziyyətini bir daha göstərdi ki, onlar hərtərəfli tənəzzülə uğrayıblar”, – deyə Venesuela lideri bildirib.

“Debat zamanı toxunulan mövzuları, deyilənləri təhlil etsəniz, bu namizədlərin keyfiyyətini təhlil etsəniz, məlum olar ki, onların XXI əsrə, dünya xalqlarının arzularına heç bir aidiyyəti yoxdur. O cümlədən ABŞ xalqının istəkləri: başqalarına hörmət edən firavan ölkədə yaşamaq”, – Maduro əlavə edib.