Maduronu ABŞ-nin bu qüvvələri ölkədən çıxarıb – ŞOK DETALLARbackend

Maduronu ABŞ-nin bu qüvvələri ölkədən çıxarıb – ŞOK DETALLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Venesuelada gərginlik maksimum həddə çatıb.

NOCOMMENT.az xəbər verir ki, bu səhər ölkənin paytaxtı Karakas genişmiqyaslı hərbi əməliyyatlar nəticəsində bombalanıb, ABŞ qüvvələri isə Prezident Nikolas Maduro və onun həyat yoldaşını tutaraq ölkədən çıxarıb.

Maduroya qarşı əməliyyat

“CBS News”un məlumatına görə, Maduro və həyat yoldaşının tutulması əməliyyatı ABŞ ordusunun 1-ci xüsusi qüvvələr əməliyyat dəstəsi (1st SFOD-D), daha çox “Delta Qüvvələri” kimi tanınan birliyi tərəfindən həyata keçirilib.

ABŞ Prezidenti Donald Tramp açıqlamasında əməliyyatın uğurla başa çatdığını bildirib:

“ABŞ genişmiqyaslı əməliyyat həyata keçirdi: Prezident Maduro və onun həyat yoldaşı saxlanılıb və ölkədən çıxarılıb. Əməliyyat hüquq-mühafizə orqanları ilə birgə icra olunub. Ətraflı məlumat daha sonra veriləcək. Bugün saat 11:00-da Mar-a-Laqoda mətbuat konfransı olacaq.l”.

Hazırda Vaşinqtonda saat 4:30 səhərdir və dünya ictimaiyyəti hadisələri diqqətlə izləyir.

Karakas bombardmanı və ABŞ helikopterləri

Bundan əvvəl Venesuelanın paytaxtı Karakas ərazisində ABŞ-nin helikopterləri (ehtimal ki, AH-1Z Viper) yer hədəflərinə top silahları və raketlərlə atəş açıb. Bombardman zamanı şəhər mərkəzi və strateji obyektlər hədəf alınıb, nəticələr hələ tam açıqlanmır.

Müdafiə Nazirinin açıqlaması

Venesuela müdafiə naziri Vladimir Padrino Lopes video-müraciət yayımlayaraq bildirib ki, bu səhər Venesuela xalqı ABŞ hökumətinin ən cinayətkar hərbi təcavüzünə məruz qalıb. O, xalqı və əsgərləri birləşməyə çağırıb:

“Qəhrəman Venesuela xalqı! Bolivarın oğulları və qızları! Şərəf, borc və tarix bizi çağırır. Qələbə bizim olacaq, çünki ağıl və ləyaqət bizə yoldaşlıq edir! Biz qalib gələcəyik!”

“Sky News Arabia” xəbər verir ki, ABŞ zərbələri nazir Padrino Lopesun evinə də dəydiyi üçün onunla əlaqə kəsilib. Bəzi KİV-lər onun öldürüldüyünü iddia edirlər.

Çin nümayəndə heyəti və təhlükəsizlik məsələsi

Hadisələr zamanı Çin nümayəndə heyəti Maduronun rezidensiyasında olub. Hazırda onların statusu və təhlükəsizliyi barədə məlumat yoxdur, bu isə beynəlxalq ictimaiyyətin narahatlığını artırır.

Beynəlxalq reaksiya

Kolumbiya Prezidenti Qustavo Petro Venesueladakı hadisələrə dərhal reaksiya olaraq BMT və ADT-ni təcili iclasa çağırıb. O, “X” hesabında yazıb:

“Hazırda Karakas bombalanır. Bütün dünya üçün xəbərdarlıq elan olunur: Venesuelanın paytaxtına raket zərbəsi endirilib. ADT və BMT dərhal toplaşmalıdırlar”.