Venesuela prezidenti Nikolas Maduro ABŞ prezidenti Donald Tramp administrasiyasını ölkənin təbii sərvətləri ilə “sakitləşdirmək” istəyib ki, Karakas və Vaşinqton arasındakı münasibətlər gərginləşməsin.
NOCOMMENT.az xəbər verir ki, bu barədə New York Times (NYT) mənbələrə istinadla xəbər verir.
“Məqalədə bildirilir ki, Venesuela rəsmiləri bir neçə ay davam edən danışıqlar çərçivəsində Tramp administrasiyasına ölkənin neft və digər mineral sərvətlərində üstün pay təklif ediblər.”
Sözügedən razılaşma ABŞ biznesi üçün üstünlükləri, Venesuela neftinin ixracının Çin istiqamətindən ABŞ-a yönəldilməsini, Venesuelanın Rusiya, İran və Çin ilə mədən sektoru müqavilələrinin azaldılmasını, həmçinin Vaşinqton üçün neft və qızıl hasilatı layihələrinə çıxış imkanının açılmasını nəzərdə tuturdu.
Nəşrin məlumatına görə, keçən həftə Ağ Ev Maduronun təklifini rədd edib və razılaşma üzrə danışıqlar faktiki olaraq dayandırılıb.