Dəniz yükdaşımalarında ixtisaslaşmış Danimarka şirkəti A.P. Moller-Maersk şirkətin gəmisinə hücuma görə Qırmızı dəniz vasitəsilə bütün konteyner daşımalarını dayandırır.
NOCOMMENT.az xəbər verir ki, Reuters bu barədə şirkətin bəyanatına istinadən məlumat yayıb.
“Maersk Cəbəllütariqlə bağlı dünənki insidentdən və konteyner gəmisinə edilən növbəti hücumdan sonra bu gün biz Bab əl-Məndəb boğazından keçəcəkləri üçün bölgədəki bütün Maersk gəmilərinə növbəti xəbərdarlığa qədər hərəkəti dayandırmağı tapşırmışıq”, – deyə şirkət bildirib.
Ticarət gəmilərinə hücumların bölgədə gəmiçilik və ekipajlar üçün təhlükə yaratdığı qeyd edilir.