Sumqayıtda mağazada satıcıya hücum edilib.
NOCOMMENT.az-ın məlumatına görə, hadisə şəhərin 2-ci mikrorayon ərazisində baş verib.
Mağazada satıcı işləyən 22 yaşlı Aqil Hüseynov müştərilərdən biri tərəfindən boynundan bıçaqlanıb.
Satıcı yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.\\“Qafqazinfo”