Mağazalarda azyaşlı uşqlara siqaret satanlar cəzalandırılacaqbackend

Mağazalarda azyaşlı uşqlara siqaret satanlar cəzalandırılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dünayada yeganə ölkəyik ki, marketlərə daxil olanda alıcını ilk olaraq siqaret reklamları qarşılayır”

Böyük marketlər şəbəkələri istisna olmaqla, məhəllə marketlərində, köşklərdə azyaşlılara sərbəst şəkildə siqaret satılır. Lakin bu mağazaların sahibləri inzibati məsuliyyətə cəlb edilmir, cərimə olunmurlar. Mağazalarda isə azyaşlı uşqlara siqaret satanlarla bağlı monitorinq keçiriləcəyi deyilir.

NOCOMMENT.az xəbər verir ki, mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Moderator.az-a danışıb:

“Azad İstehlakçılar Birliyi tütün məlumatları ilə bağlı dəfələrlə faydalı layihələr həyata keçirib. Azərbaycanda tütün əleyhinə qarşı tədbirlər qanunvericilik səviyyəsində keçirilsə də təcrübədə durum çox pis vəziyyətdədir. Tütün və tütün məlumatları ilə bağlı qanunda dəfələrlə dəyişilik olsa da bu gün qanuna zidd olaraq siqaretlərin tək-tək satışı baş verir. Xüsusən də təhsil müəssisələrinin yaxınlığında siqaretlərin satışı daha çoxdur. 18 yaşına çatmamış uşaqlara siqaretlərin satışı dayandırılmalıdır. Bəs bu uşaqlar yazıq deyil?

Dünayada yeganə ölkəyik ki, marketlərə daxil olanda alıcını ilk olaraq siqaret reklamları qarşılayır. Bundan başqa piştaxtalarda qaçaqmal siqaretlərin sayı gündən günə çoxalır. Ölkədə çoxsaylı qaçaqmal siqaretlər də var. O siqaretlərin də mənşəyi məlum deyil. Çoxunun da mənşəyi olduqca təhlükəlidir. Siqaretin istifadəsini azaltmaq üçün bazarda qiymət qaldırılır, qiymət qalxdıqca da qaçaqmal gətirilən siqaretlərin sayı artır.

2017-ci ildə beynəlxalq təşkilatların hesabatına görə qaçaqmal şəkildə gətirilən siqaretlərdən dövlətə 20 milyon ziyan dəyib. Hansı ki, bu gündə də o təhlükəli siqaretlər hələ də bazarda var. Üstəlik bu azmış kimi 2016-cı ildə Şəkidə bu təhlükəli siqaretlərin istehsal müəssisəsi başladı. Belə ki, Marxal, Karvan, Şəki adlı təhlükəli siqaretlər istehsal etməyə başaldılar. O siqaretlərin özü də zərərli tərkibə malikdir. Bu siqaretlər də ucuz olduqları üçün tələbələr, şagirdlər alıb ondan istifadə edirlər. Bu da heç də ölkədə yaxşı hal deyil.

Nəinki həmin siqaretlər, eyni zamanda eleketron siqaretlər də uşaqlara satılır. Yəni deməyim odur ki, dövlətin bu sahədə verdiyi qanunlar heç də effektli yerinə yetirilmir”.