Türkiyənin Muğla vilayətinin Bodrum rayonunda magistral elektrik xəttində partlayış baş verib.
NOCOMMENT.az xəbər verir ki, ötən gün axşam saatlarında Bitez-Ortakent yolunda magistral su ötürücü xəttində baş verən partlayış zamanı ortaya çıxan sel suları motosikleti ilə yoldan keçən Serkan Özbeyi və itini havaya atıb.
Hadisə zamanı Özbəy və iti yaralanıb. Bölgəyə səhiyyə və bələdiyyə baytar həkimi göndərilib.

Yaralı Serkan Özbey sağlamlıq qrupları tərəfindən xəstəxanaya, it isə baytar həkim tərəfindən bələdiyyəyə aparılıb.
Partlayış zamanı axan su səbəbindən asfalt çöküb, yol yararsız hala düşüb. Yolda nəqliyyat axını bir zolaqdan təmin edilərkən, xəttə gedən su kəsilib.