Magistral xətdə qəza: Bir qəsəbə və 34 kənddə qaz təchizatı DAYANDIRILDIbackend

Magistral xətdə qəza: Bir qəsəbə və 34 kənddə qaz təchizatı DAYANDIRILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zərdab rayonunun qaz təchizatı müvəqqəti dayandırıldı.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Bildirilib ki, “Qaz İxrac” İdarəsi tərəfindən verilən məlumata əsasən, traktor “Ucar-Zərdab” yüksək təzyiqli magistral qaz kəmərini zədələyib.

Yaranmış güclü qaz sızması səbəbindən bu gün saat 13:00-dan işlər başa çatanadək Zərdab rayonunun (tam olaraq şəhər daxil olmaqla 1 qəsəbə, 34 kəndində) qaz təchizatı dayandırılıb.

Müvəqqəti narahatçılığa görə abonentlərdən üzr istəyirik.