Magistral yola avtomobil aşıb: Ölən və yaralanan varbackend

Magistral yola avtomobil aşıb: Ölən və yaralanan var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı-Qazax avtomobil yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

NOCOMMENT report-a istinadən xəbər verir ki, magistralın Şəmkir rayonu ərazisindən keçən hissəsində “Nissan” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə, sürücü Mahir Nağıyev hadisə yerində dünyasını dəyişib.

Onun həyat yoldaşı Gülnar Nağıyeva isə müxtəlif xəsarətlərlə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hadisənin təfərrüatı araşdırılır.