Qaradağ rayonunun Sahil qəsəbəsində, sürətli yolda olan yeraltı piyada keçidi su ilə dolub, baxımsız və antisanitar vəziyyətdədir. Ona görə də sakinlər keçidlərdən istifadə edə bilmirlər.
NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, qəsəbə sakinləri sürətli avtomagistraldan keçməmək üçün həmin keçidlərin ümidinə qalıblar. Amma onlar da bərbad vəziyyətdədir.
Sakinlər bildirirlər ki, keçid işıqlandırılmadığından ümumiyyətlə istifadə etmək mümkün deyil. Üstəlik, yağış və qurunt suyu da keçidi basır. Başqa sözlə, keçiddən istifadə mümkün olmadığından yolun hərəkət hissəsində tez-tez avtoqəzalar baş verir və ağır sonluqla nəticələnir.
Sakinlərin tək istəyi aidiyəti qurumlar tərəfindən onların müraciətinə baxılması və tezliklə keçidin əsaslı şəkildə bərpasıdır.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə əlaqə saxladıq. Agentlikdən bildirildi ki, yağışlardan sonra ora su ilə dolub. Tezliklə həmin keçiddə suyun çəkilməsi, piyadaların keçidinin təmin edilməsinə başlanılacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətaraflı videomaterialı təqdim edir: