Magistral yollarda görmə məsafəsi məhdudlaşacaqbackend

Magistral yollarda görmə məsafəsi məhdudlaşacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fevralın 19-da ölkə ərazisində dumanlı hava şəraiti ilə əlaqədar olaraq əsasən gecə və səhər saatlarında magistral avtomobil yollarının bəzi yerlərində görmə məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.

Bu barədə NOCOMMENT.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, şaxtalı hava şəraiti ilə əlaqədar isə dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.