Magistralda zəncirvari QƏZA: Yaralılar varbackend

Magistralda zəncirvari QƏZA: Yaralılar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kürdəmir rayonunda zəncirvari qəza baş verib.

NOCOMMENT-in xəbərinə görə, hadisə bu gün səhər saatlarında Bakı-Qazax yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, bir neçə yük və minik avtomobili, ümumilikdə 6 maşın bir-birinə çırpılaraq qəzaya düşüb. Nəticədə avtomobillərə ciddi ziyan dəyib, yaralılar var.

İlkin məlumata görə, qəzaya yolların buz bağlaması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.