Magistratura imtahanları ilə bağlı statistik GÖSTƏRİCİLƏRbackend

Magistratura imtahanları ilə bağlı statistik GÖSTƏRİCİLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət İmtahan Mərkəzi (DİM) bu il keçirilən imtahanlarla bağlı müəyyən statistik göstəriciləri və bəzi göstəricilərin ötən ildə keçirilən analoji imtahanlarla müqayisəsinə aid məlumatları təqdim edib.

Mərkəzdən NOCOMMENT-ə bildirilib ki, ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanları bu il də 2 dəfə – fevralın 20-də və mayın 29-da keçirilib.

Hər iki imtahanla bağlı ümumi statistik göstəriciləri və bəzi göstəricilərin ötən il keçirilən analoji imtahanlarla müqayisəsinə aid məlumatları təqdim edirik.

2022-ci ildə keçirilən imtahanlarda, ümumilikdə 20822 bakalavr iştirak edib. Ötən il müvafiq göstərici 22007 nəfər idi.

Bu il bakalavrların yarısının imtahanlarda topladığı bal 50-dən yüksək (median 50.84) olub. Ötən il bu göstərici 50 baldan aşağı (median 49.61) idi. Ümumiyyətlə, son illərdə imtahan iştirakçılarının nəticələrinin yaxşılaşdığını qeyd edə bilərik. 2014-2016-cı illərdə 50 baldan yuxarı nəticə göstərənlər imtahanda iştirak edənlərin təxminən 25-32%-ni təşkil ediblər.

Bu il 91 va daha yuxarı bal toplayanların sayı 74 nəfər, 81 və daha yuxarı bal toplayanların sayı 593 nəfər, 71 və daha yuxarı bal toplayanların sayı 2 245 nəfər olub. Ötən il analoji göstəricilər 35, 392 və 1 938 nəfər olub. Göründüyü kimi bu il yüksək bal toplayanların sayı daha çoxdur.

Xatırladaq ki, imtahanda toplanıla bilən maksimum bal 100-ə bərabərdir. İmtahanda bakalavrlara məntiqi təfəkkür üzrə 50, informatika üzrə 25 və xarici dil üzrə 25 test tapşırığı olmaqla, ümumilikdə 100 test tapşırığı təqdim olunub. Hər bir sual 1 balla qiymətləndirilib.