Magistraturaya boş qalan yerlərə qəbul elan edilibbackend

Magistraturaya boş qalan yerlərə qəbul elan edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət İmtahan Mərkəzi avqustun 25-dən 31-dək 2020/2021-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarının boş qalan yerlərinə qəbul olmaq üçün proqram və ixtisaslaşma seçimi elan edir.

Mərkəzdən NOCOMMENT-ə verilən məlumata görə, boş qalan yerlərə qəbul fevralın 23-də keçi­rilən qəbul imtahanında toplanılmış ballar əsasında müsabiqə yolu ilə aparılır (müsabiqə şərtləri).

Bakalavrlar boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək üçün 31 avqust saat 23:59-dək DİM-in internet saytının müvafiq səhifəsinə daxil olaraq seçdikləri ixtisaslaşmaların kodlarını “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə qeyd edib təsdiqləməlidirlər.

Bakalavrlar boş yerlərin müsabiqəsi zamanı seçməyə hüququ olan proqramı və həmin proqrama aid boş qalmış ixtisaslaşmaları seçə bilərlər.

İxtisaslaşma seçimi aparılan müddətdə bakalavr bitirdiyi ixtisasa müvafiq və istəyinə uyğun olan proqramı və həmin proqrama aid olan 20-dək ixtisaslaşmanın kodunu seçərək “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”nə istədiyi ardıcıllıqla daxil edib təsdiqləyir (“Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli” “Magistr” 3 jurnalında DİM-in saytında elektron formada təqdim olunub).

Boş qalan yerləri olan ixtisaslaşmaların siyahısı “Magistr” jurnalının 6-cı sayında dərc olunub.