Magistrlar üçün müsahibə mərhələsi onlayn keçiriləcəkbackend

Magistrlar üçün müsahibə mərhələsi onlayn keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hazırda jurnalistika ixtisası üzrə qabiliyyət imtahanlarının keçirilməsi üçün Mətbuat Şurasına müraciət edilib və müəyyən tarixlər razılaşdırılmalıdır”.

NOCOMMENT.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi onlayn brifinqdə deyib.

DİM sədri qeyd edib ki, imtahanlarda jurnalistika fakültəsinin müəllimləri də iştirak etməlidirlər: “Yazı müsabiqələrinin keçirilmə tarixləri barədə də dəqiq nəsə deyə bilmərəm, çünki nə qədər insanın məhz jurnalistika ixtisasına sənəd verəcəyini hələlik bilmirəm”.

O, həmçinin əlavə edib ki, magistrlar üçün müsahibə mərhələsi onlayn şəkildə keçiriləcək.