Mahaçqalada qaz sızmasından yanğın olub, üç azyaşlı ölübbackend

Mahaçqalada qaz sızmasından yanğın olub, üç azyaşlı ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dağıstanın paytaxtı Mahaçqalada fərdi yaşayış evində qaz sızmasından partlayış olub.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə Respublika Klinik Xəstəxanası məlumat yayıb.

Partlayışla müşahidə olunan yanğın nəticəsində bir ailənin üç uşağı ölüb.

Hadisədə valideynlər xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.