Mahaçqalada yanacaqdoldurma məntəqəsində güclü partlayış: Matəm elan olundubackend

Mahaçqalada yanacaqdoldurma məntəqəsində güclü partlayış: Matəm elan olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dağıstan hökuməti Mahaçqalada yanacaqdoldurma məntəqəsində baş verən partlayışda həlak olanların xatirəsinə 28 sentyabrı matəm günü elan edib.

NOCOMMENT.az-ın məlumatına görə, bu barədə region başçısı Sergey Melikov özünün “Telegram” kanalında məlumat verib.

“Dağıstanda 28 sentyabrı matəm günü elan etmək qərarına gəldim. Bir daha evlərinə hüzn gələnlərə başsağlığı verirəm. Başa düşürəm ki, ən doğma və sevimli insanların itkisindən yaranan ağrını yüngülləşdirə biləcək sözlər yoxdur. Ancaq bilmənizi istəyirəm ki, biz sizinləyik və hər şeydə dəstək olacağıq”, – deyə Melikov yazıb.

Melikovun imzaladığı fərmana əsasən, respublikanın bütün ərazisində dövlət bayraqları endiriləcək. Mədəniyyət müəssisələri və teleradio şirkətləri bütün əyləncə tədbirlərini və verilişlərini ləğv edəcəklər.

“Eyni fərmanla region rəhbəri hökumətə həlak olanların ailələrinə və zərərçəkənlərə yardım göstərilməsi üçün zəruri tədbirlərin görülməsini tapşırıb”, – deyə Dağıstan başçısının administrasiyasının Mətbuat Xidməti bildirib.

Son məlumatlara görə, yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində 10 nəfər, o cümlədən iki uşaq həlak olub, daha 11 nəfər xəsarət alıb.