Mahir Emreli baş məşqçisini aldadıb – SƏBƏBbackend

Mahir Emreli baş məşqçisini aldadıb – SƏBƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dinamo”nun ( Zaqreb ) baş məşqçisi Jelko Kopiç Mahir Emreli barədə danışıb.

NOCOMMENT xəbər verir ki, o, yerli mətbuata 25 yaşlı hücumçu haqda bunları deyib:

“Emreli bizə tam hazırlıqsız gəldi. O, koronavirusun ağır formasını keçirdi. Meydana çıxmamağının səbəbi bu idi. “Hayduk”la matçda baş verənləri sizə danışacağam. Məşqdə yaxşı idi, onu əsas heyətdə oynatdım, lakin ilk sprintdə əzələ ağrısı hiss etdi. Heç nə ilə yadda qalmasa da, oynamağa davam etdi. Yalnız sonradan onun əzələsində problem yarandığını öyrəndik”.

Təcrübəli mütəxəssis Emrelinin ondan zədəsini gizlətmək istədiyini bildirib:
“Mahirdən zədəli olduğunu niyə demədiyini soruşdum. O, komandaya gücləndirici kimi gəldiyini və  ondan çox şey gözlənildiyini dedi.  Derbi oyunu olduğu üçün stadion dolu idi və Emreli buna görə kömək etmək istədiyini söylədi”. 
Offsideplus.az