Mahir Qabiloğlu “Space” TV-nin rəhbərliyinə GƏTİRİLİR…backend

Mahir Qabiloğlu “Space” TV-nin rəhbərliyinə GƏTİRİLİR…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kinorejissor Vaqif Mustafayevin “Space” TV-nin rəhbərliyindən uzaqlaşdırılmasından sonra bu telekanalın baş direktoru vəzifəsinə bir neçə namizədin adı hallandırılır.

NOCOMMENT.az xəbər verir ki, “Space”dəki mənbədən Modern.az-a daxil olan məlumata görə, telekanalın rəhbərliyinə əsas namizədlərdən biri də telejurnalist, yazıçı, publisist Mahir Qabiloğludur.

Bildirilir ki, M.Qabiloğlunun televiziya təcrübəsi, mərhum Heydər Əliyevin dostu, şair Qabilin oğlu olması, eyni zamanda “Space”in qurucusu Sevil Əliyevanın onu şəxsən tanıması telejurnalistin şansını digər namizədlərdən daha üstün edir.

Mahir Qabiloğlu iqtidaryönlü şəxs kimi tanınır. O, 11 il AzTV-nin “Xəbərlər” redaksiyasında müxbir, redaktor vəzifələrində işləyib, daha sonra bir müddət “Space” televiziyasının “Hər gün” İnformasiya Proqramında redaktor, baş redaktorun müavini postunda çalışıb. Bundan başqa, bir neçə il Prezident Administrasiyasının kurasiyasında olan “Xalq qəzeti”ndə Redaksiya Heyətinin üzvü və İnformasiya şöbəsinin müdiri vəzifələrində fəaliyyət göstərib.

M.Qabiloğlu ölkə Prezidentinin qızı Leyla Əliyevanın şeirlərinin Azərbaycan dilinə tərcüməsinin müəllifi kimi də yaxşı tanınır.

Yazıçı-jurnalist, publisist kimi 12 kitabın müəllifi, şair Qabilin 7 cildlik “Əsərlər” külliyyatının tərtibçisi, redaktoru və naşiridir. Müxtəlif qəzet, jurnal və saytlarda bədii, publisistik yazıları və tərcümələri yayımlanır.

Azərbaycan Jurnalistlər İttifaqı və Azərbaycan Yazıçılar Birliyinın üzvüdür.