Mahmud Abbas ABŞ-ın BMT-yə üzvlüklə bağlı səsvermənin təxirə salınması tələbini rədd edibbackend

Mahmud Abbas ABŞ-ın BMT-yə üzvlüklə bağlı səsvermənin təxirə salınması tələbini rədd edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fələstin prezidenti Mahmud Abbas Vaşinqtonun Fələstinin dünya təşkilatına tamhüquqlu üzv qəbul edilməsi məsələsini BMT Təhlükəsizlik Şurası qarşısında qaldırmamaq tələbini rədd edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Axios portalı Amerika, Fələstin və İsrail rəsmilərinə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, son iki həftə ərzində Bayden administrasiyası Abbasa və onun köməkçilərinə Fələstinin BMT-dəki statusunu tam şəkildə rədd etmək üçün təzyiq edib. Vaşinqton açıq şəkildə bildirdi ki, ABŞ-ın mövcud qanunları Amerika administrasiyasını BMT-nin belə bir qətnaməsinə veto qoymağa və ya hətta dünya təşkilatına maliyyə ayırmaqdan imtina etməyə məcbur edəcək.

Bununla belə, Abbas ABŞ-ın təzyiqlərini qəti şəkildə rədd etdi və Fələstin mütləq BMT-də tamhüquqlu üzvlük məsələsini qaldıracaq.