“HAMAS hərəkatı Qəzza zolağının idarə olunmasında heç bir rol oynamayacaq”.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bunu Fələstin prezidenti Mahmud Abbas deyib.
“HAMAS idarəçilikdə heç bir rol oynamayacaq. HAMAS və digər qruplar silahlarını Fələstin Milli Administrasiyasına təhvil verməlidirlər”, – o vurğulayıb.
Abbasın sözlərinə görə, Fələstin Milli Administrasiyası silahsız, qanuni təhlükəsizlik qüvvələri ilə vahid dövlət yaratmağa çalışır.