Mais Bərxudarovun hazırkı vəzifəsi məlum oldu – FOTObackend

Mais Bərxudarovun hazırkı vəzifəsi məlum oldu – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Ordusunun II ordu korpusunun sabiq komandiri general-leytenant Mais Bərxudarovun Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasında müvafiq vəzifəyə təyin olunduğu bilinirdi.

Generalın Baş Hərbi İnspeksiyada hazırkı vəzifəsi məlum olub.

NOCOMMENT.az modern.az-a istinadən xəbər verir ki, ötən gün yayılan məlumatdan aydın olub ki, general Mais Bərxudarov hazırda müdafiə naziri yanında İnspektorlar Qrupunun üzvü kimi fəaliyyət göstərir.

Belə ki, o, ötən gün müdafiə naziri yanında İnspektorlar Qrupunun üzvü kimi ABŞ-dən gəlmiş hərb sahəsi üzrə alimlərlə görüşüb.

Qeyd edək ki, general-leytenant Mais Bərxudarov hazırkı vəzifəyə bu ilin noyabrında müdafiə naziri Zakir Həsənovun müvafiq əmrilə  təyin olunub.

49 yaşlı Mais Bərxudarov 1994-cü ildən Orduda xidmət edir.