Makaron bişirərkən suya bir neçə diş sarımsaq atın! – İnanılmaz təsirləribackend

Makaron bişirərkən suya bir neçə diş sarımsaq atın! – İnanılmaz təsirləri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dadı artırmaq üçün yeməklərə bir çox ədviyyat və tərəvəzlər əlavə olunur. Ancaq yeməyə sarımsaq əlavə etməklə ləzzətlə yanaşı sağlamlığınıza da yatırım edirsiniz.

Bir çox insan sarımsağın qoxusundan narahat olduğu üçün ondan istifadə etmir. Bəziləri isə sarımsaq istehlak etdikdə mədə narahatlıqları ilə üzləşir.

NOCOMMENT.az medicina-ya istinadən xəbər verir ki, bunun üçün də həkimlər yeni bir təklif irəli sürüblər. Belə ki, sarımsağı bişirdiyiniz yeməyin suyuna atmaq belə onun faydalarından yararlanmağınıza kifayət edə bilər. Yeməyin suyuna əlavə edilən sarımsağın antibakterial xüsusiyyətləri sayəsində immunitet sisteminiz güclənəcək.

Sarımsaq yüksək miqdarda kükürd birləşmələri, antioksidantlar və digər qida maddələri ilə doludur. Bu birləşmələr bədəninizdə iltihabla mübarizə aparır və infeksiya riskini azaldır.

Tərkibindəki maddələr qan damarlarını genişləndirərək qan axınını artırır. Qan təzyiqinin tarazlaşdırılması ürək sağlamlığı üçün çox vacibdir.

Bundan əlavə, yemək suyuna sarımsaq əlavə edilməsi həzm sisteminə də müsbət təsir göstərir. Sarımsaq həzm sistemindəki bakteriyalarla mübarizə apararaq bağırsaq sağlamlığını yaxşılaşdırır, qəbizlik problemini həll edir.

Sarımsaq xüsusilə ət və tərəvəz yeməkləri, həmçinin makaronla yaxşı uyğunlaşır. Belə yeməklər bişirərkən suya yeməyin miqdarından asılı olaraq bir neçə diş sarımsaq atmaqla daha sağlam bir həyata keçid edə bilərsiniz.