Fransa seçicilərinin yalnız 14%-i mühüm milli məsələlərin həllində Fransa prezidenti Emmanuel Makrona inanır.
NOCOMMENT.az xəbər verir ki, “Elabe” sorğu şirkətinə görə, bu, onun indiyə qədərki ən aşağı reytinqidir.
Sorğuya görə, bu, bir ayda üç faiz bənd azalma deməkdir.
Bu göstərici onun prezidentliyi dövründə ən aşağı nəticə sayılır. Analitiklər qeyd edirlər ki, Makronun reytinqinin kəskin enməsi hökumətin daxili siyasətinə, iqtisadi çətinliklərə və ölkədə artan siyasi gərginliyə bağlıdır.
Hətta Makronun reytinqi Fransua Ollandın tarixi minimumu ilə müqayisə olunur.