Maknalli: Trampın sərt mövqeyi Hindistanı çətin seçim qarşısında qoyurbackend

Maknalli: Trampın sərt mövqeyi Hindistanı çətin seçim qarşısında qoyur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistan hakimiyyəti, ABŞ prezidenti Donald Trampın hədələrindən sonra çaşqınlıq içindədir, lakin onlar Rusiya neftinin idxalına görə ABŞ-la münasibətləri riskə atmayacaqlar.

NOCOMMENT.az xəbər verir ki, bu barədə CNBC kanalı Rapidan Energy Group konsaltinq şirkətinin prezidenti Bob Maknalliyə istinadla xəbər verir.

Onun sözlərinə görə, keçmiş prezident Co Baydenin administrasiyası dövründə beynəlxalq münasibətlərdə daha “tolerant yanaşma” tətbiq olunurdu.

“Hindistan çətin bir seçim qarşısında qalacaq, lakin əgər Donald Tramp bu məsələyə görə ikitərəfli münasibətləri risk altına atmağa qərar versə, onların gündə 1,5 milyon barel Rusiya xam neftinin idxalını davam etdirəcəyi inandırıcı deyil,” — deyə Maknalli “Squawk Box Asia” proqramında bildirib.