66 kq və 70 kq çəki dərəcələrində UFC-nin keçmiş ikiqat çempionu 37 yaşlı irlandiyalı Konor Makqreqor antidopinq siyasətini pozduğuna görə 18 ay müddətinə yarışlardan kənarlaşdırılıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ Antidopinq Agentliyinin (USADA) Mətbuat Xidməti məlumat yayıb.
Rəsmi məlumata görə, Konor 2024-cü ildə üç dəfə harada olduğu barədə məlumat verə bilməyib, nəticədə, müfəttişlər onun biopsiya analizlərini toplaya bilməyiblər. Bu, avtomatik olaraq pozuntu hesab olunur.
Bununla belə, döyüşçü istintaqla tam əməkdaşlıq edib və məsuliyyəti boynuna alıb. Buna görə də standart iki illik cəza 18 aya endirilib. Belə olduqda, irlandiyalı 2027-cı il martın 20-də oktaqona qayıtmaq hüququ qazanacaq.