Makqreqor: Rusiya sanksiyalardan sonra daha da güclənibbackend

Makqreqor: Rusiya sanksiyalardan sonra daha da güclənib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın keçmiş prezidenti Co Baydenin sanksiyalar tətbiq etməsindən sonra Rusiya ancaq güclənib.

NOCOMMENT.az xəbər verir ki, bunu Pentaqonun keçmiş müşaviri, istefada olan polkovnik Duqlas Makqreqor “X” sosial şəbəkəsindəki səhifəsində bildirib.

“Bu gün Rusiya Baydenin sanksiyalar tətbiq etməsindən əvvəl olduğundan daha güclü və qüvvətlidir. Bütün bunlar bizim axmaqlığımız üzündən baş verdi”, – deyə o vurğulayıb.

Makqreqor Rusiya ilə ABŞ arasında münasibətləri bərpa etməyə çağırıb. Pentaqonun keçmiş müşavirinin sözlərinə görə, Ağ Evin yeni rəhbəri Donald Tramp və ölkəsinin xalqı məhz bunu istəyir.