ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Rusiyanın Ukraynadakı münaqişədə qalib gəldiyini anlayır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Pentaqonun keçmiş müşaviri polkovnik Duqlas Makqreqor “Deep Dive” YouTube kanalında fikirlərini bildirib.
“İndi siz döyüş meydanına nəzər salmalısız… Rusiya qalib gəldi, bununla bağlı heç bir mübahisə yoxdur və prezident Tramp bunu bilir”, – Makqreqor bildirib.
Onun sözlərinə görə, Amerika lideri həm də başa düşməlidir ki, onun Ukrayna münaqişəsini həll etmək planları onun istədiyi kimi baş tutmaya bilər.
Bunun səbəbi, Makqreqorun qeyd etdiyi kimi, belə qərarlarda Moskvanın mövqeyini qəbul etməyin vacibliyidir.