Makqreqor: Ukraynaya yardımın dayandırılması Rusiya ilə ABŞ arasında münasibətləri bərpa edəcəkbackend

Makqreqor: Ukraynaya yardımın dayandırılması Rusiya ilə ABŞ arasında münasibətləri bərpa edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Kiyevə dəstəyi dayandırarsa, Rusiya ilə münasibətləri tam bərpa edə biləcək.

NOCOMMENT.az xəbər verir ki, bunu Pentaqonun keçmiş müşaviri polkovnik Duqlas Makqreqor “X” sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində bildirib.

“Biz münasibətləri normallaşdırmaq üçün bu münaqişəni maliyyələşdirməyi və dəstəkləməyi dayandırmalıyıq!” – deyə o vurğulayıb.

Makqreqorun fikrincə, hazırda ABŞ-ın Rusiyaya təsir rıçaqları yoxdur.