Makron ABŞ-ın Aİ mallarına rüsumları artırmaq qərarını tənqid edibbackend

Makron ABŞ-ın Aİ mallarına rüsumları artırmaq qərarını tənqid edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa prezidenti Emmanuel Makron ABŞ-ın Avropa məhsullarına artan gömrük rüsumları tətbiq etmək qərarını pisləyib və bunu “qəddar və əsassız” adlandırıb.

NOCOMMENT.az xəbər verir ki, o, bu barədə Yelisey sarayında hökumət üzvləri və iri şirkətlərin rəhbərləri ilə görüşdə bildirib.

Makron yeni tariflərin təkcə Avropa Birliyi və Fransa üçün deyil, həm də qlobal ticarət sistemi üçün şok olduğunu vurğulayıb. O qeyd edib ki, bu cür tədbirlər azad rəqabət prinsiplərini pozur və iqtisadi sabitliyə təhlükə yaradır.

“ABŞ-ın bu gecə açıqladığı qərar qəddar və əsassızdır. Bu, beynəlxalq ticarətin normal fəaliyyətinə zərbədir”, – Fransa prezidenti bildirib.