Makron ABŞ-ın Ukraynanın Rusiyaya zərbə endirməsinə icazə vermək qərarını alqışlayıbbackend

Makron ABŞ-ın Ukraynanın Rusiyaya zərbə endirməsinə icazə vermək qərarını alqışlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa prezidenti Emmanuel Makron G20 sammiti çərçivəsində Amerika lideri Co Baydenin Ukraynanın Rusiya ərazisinə ATACMS raket hücumu həyata keçirməsinə icazə vermə qərarını alqışlayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

“Bu, tamamilə düzgün qərar idi. Mən başa düşürəm ki, buna həm də münaqişədə ciddi dəyişiklik səbəb olub, onu qiymətləndirməmək olmaz, yəni Şimali Koreya qoşunlarının Avropa ərazisinə daxil olmasıdır”, – Makron BFM televiziya kanalından sitat gətirib.

Makron vurğulayıb ki, Ukrayna münaqişəsinin artmasında yalnız Rusiya günahkardır və Vaşinqton “bu müharibədə qəfil dəyişikliyə” cavab vermək məcburiyyətində qalıb.