Avropa Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin hazırlanmasını başa çatdırıb.
NOCOMMENT.az xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron deyib.
“Bu iş başa çatıb”, – deyə dövlət başçısı vurğulayıb.
Makronun sözlərinə görə, Avropa Ukraynaya təhlükəsizlik zəmanətlərini sülh sazişi qüvvəyə mindiyi andan təqdim etməyə hazırdır.