Makron baxsın: Napoleon islam haqqında nə deyib?backend

Makron baxsın: Napoleon islam haqqında nə deyib?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə gün əvvəl Fransa Prezidenti Emmanuel Makron islam dininə qarşı bir neçə xoşagəlməz bəyanatla çıxış etdi. Bundan sonra bir sıra müsəlman ölkəsində Fransanın malları boykot edildi.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, mütəxəssislər Makronun islam haqqında fikir söyləməzdən əvvəl bu dindən bəhs edən fransız tarixi mənbələrini araşdırmalı olduğunu deyiblər. Onlar buna misal olaraq Fransa imperatoru Napoleon Bonapartın “İslam həqiqi dindir” deyimini göstəriblər.

Bildirilib ki, fransızların idealı olan Napoleon islam dini haqqında danışarkən – “müsəlmanlar Allahın bir olduğunu tanıyır, buna görə də ümid edirəm ki, tezliklə islam bütün dünyaya yayılacaq”, – deyib.