Makron Fransa baş nazirinin istefasını qəbul edibbackend

Makron Fransa baş nazirinin istefasını qəbul edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa Prezidenti Emmanuel Makron ölkə parlamentinin etimadsızlıq səsverməsindən sonra baş nazir Mişel Barnyenin hökumətin istefası tələbini qəbul edib.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə Yelisey sarayı məlumat yayıb.

“Bu gün Baş nazir hökumətinin istefası ilə bağlı ölkə Prezidentinə müraciət edib və o, bunu qəbul edib”, – qısa bəyanatda deyilir.

Qeyd olunur ki, Barnye və Nazirlər Kabinetinin digər üzvləri yeni hökumət təyin olunana qədər cari işləri davam etdirəcəklər.

Xatırladaq ki, dekabrın 4-də Fransa Milli Assambleyası hökumətə etimadsızlıq votumu keçirib və səsvermə nəticəsində etimadsızlıq qəbul edilib. Qərar 2025-ci il büdcəsinin qəbulu ilə bağlı mübahisələr fonunda yaranmış siyasi böhranın nəticəsi olub.