Paris və Pekin Ukraynada mümkün qədər tez atəşkəsin yaradılmasının tərəfdarıdır.
NOCOMMENT.az xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron Çin prezidenti Si Cinpinlə telefon danışığından sonra deyib.
“Bizim Ukraynadakı münaqişə ilə bağlı eyni məqsədimiz var: davamlı və etibarlı sülh. O, dərhal və qeyd-şərtsiz atəşkəslə başlayır”, – Fransa lideri vurğulayıb.
Makron əlavə edib ki, Çin lideri ilə danışıqlar zamanı Yaxın Şərqdə hamı üçün sülh və təhlükəsizliyi təmin edə biləcək siyasi həll yolunda irəliləyiş əldə edilməsinə də qərar verilib.