Makron Fransanın hərbi strategiyasını dəyişdirirbackend

Makron Fransanın hərbi strategiyasını dəyişdirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa Prezidenti Emmanuel Makron keçmiş dövlət katibi Jan-Mari Bokeli Cibuti istisna olmaqla, Fransanın hələ də hərbi bazalarının olduğu Afrika ölkələri üzrə xüsusi nümayəndəsi təyin edib.

NOCOMMENT.az xəbər verir ki, RFI radiosunun yaydığı məlumata görə, Bokelə Afrikadakı Fransa bazalarının statusunu, formatını və vəzifələrini dəyişdirmək tapşırılıb. Bu, Makronun Parisin qitədəki hərbi strategiyasını dəyişdirmək üçün əvvəllər elan etdiyi kursla bağlıdır.

Qeyd edilib ki, Fransa Çad, Kot-d’İvuar, Seneqal və Qabon üçün hərbi dəstəyi saxlamaq niyyətindədir. Lakin bu, “yeni prinsiplər” əsasında həyata keçiriləcək. Yalnız Cibutidə ABŞ və Çin bazalarının yaxınlığında yerləşən Fransa hərbi bazasının əvvəlki iş formatı saxlanılacaq.