Makron Fransaya və demokratiyaya hörmətsizlikdə ittiham olunubbackend

Makron Fransaya və demokratiyaya hörmətsizlikdə ittiham olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Emmanuel Makron tərəfindən rədd edilən Fransanın “Yeni Xalq Cəbhəsi”nin baş nazir namizədi Lüsi Kaste prezidentin vətəndaşlara göndərdiyi mesajdan “çox narahat olduğunu” bildirib.

NOCOMMENT.az xəbər verir ki, onun bəyanatı BFMTV sitat gətirib.

O vurğulayıb ki, Makron onu Fransanın baş naziri postuna təyin etməkdən imtina edəndə “qəzəb” hiss edib. Onun sözlərinə görə, Makronun nəzərində demokratiya heç nə demək deyil və bu, son dərəcə təhlükəlidir.

Kaste xatırladıb ki, sol qüvvələr mütləq səs çoxluğu almasalar da, parlament seçkilərində birinci yeri tutublar.

“Biz eyni zamanda prezident, baş nazir və partiya lideri olmaq istəyən respublika prezidenti ilə qarşılaşırıq. Qurumlar belə işləyə bilməz… Bu, fransızlara və demokratiyaya hörmətsizlikdir”, – Kaste bildirib.