Makron impiçment elan etdibackend

Makron impiçment elan etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa Milli Assambleyasının Bürosu respublika prezidenti Emmanuel Makrona qarşı impiçment proseduruna başlamaq üçün qətnamə layihəsini təsdiqləyib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Le Parisien” qəzeti yazır.

“Milli Assambleyanın Bürosu Makronun hakimiyyətdən uzaqlaşdırılması prosedurunun başlanmasını təsdiqləyib”, – nəşr yazır.

Material müəllifləri əlavə ediblər ki, Büro parlamentin aşağı palatasının ali kollegial orqanıdır və hazırda onun 22 üzvündən 12-si solçu partiyaların təmsilçiləridir. Makronun impiçmenti təklifi solçu “Əzilməmiş Fransa” koalisiyası tərəfindən irəli sürülüb.

Bundan əvvəl Fransa Milli Assambleyasının Makronun istefası ilə bağlı qətnaməyə baxacağı məlum olub . Bu təklif parlamentin aşağı palatasında Fransa liderinin solçu koalisiyanın seçkilərdə qalib gəlməsinə baxmayaraq, “Əzilməmiş Fransa” partiyasının hökumətin qurulmasında iştirakına icazə verməməsindən sonra irəli sürülüb.