Makron istefa verməyə hazırlaşır?backend

Makron istefa verməyə hazırlaşır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa Prezidenti Emmanuel Makron sağçıların Avropa Parlamentinə seçkilərdə uğur qazanması fonunda istefa vermə ehtimalını nəzərdən keçirir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Europe 1” radiosu bildirib.

Məlumata görə, istefa məsələsini Prezident Makron özünün həmsöhbətlərindən biri ilə müzakirə edib.

“Prezidentin istefası tabu deyil. Bəli, bu gün biz bütün ssenariləri nəzərdən keçirməliyik. O, beş illik səlahiyyət müddətinin sonunu qurban verməyə hazırdır”, – deyə Prezidentə yaxın mənbə bildirib.